24 İyul 2017 08:04
542

"Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu keçirəcəyi Yunanıstana yollanıb.

Teleqraf.com xəbər verir ki, komanda Afinadakı otellərdən birində məskunlaşıb.

Roman Qriqorçukun komandası yunanlarla matçın hazırlığına iyulun 21-də Varşavada başlayıb. Həmin gün Belostokdan paytaxta yollanan komanda hazırlıq prosesində toplu və topsuz çalışmaları yerinə yetirib.

"Qırmızı-qaralar” iyulun 27-də “Panatinaikos”a qarşı keçiriləcək oyunun hazırlıqlarını son 4 gündə Afinada davam etdirəcək.


Müəllif: Teleqraf.com