Teleqraf.com xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşır.
“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Donald Qerye, Riçard Almeyda, Əfran İsmayılov, Ansi Aqolli, Yakub Jejniçak və Bədavi Hüseynov yer alıblar.
“Şerif”in ilk on birliyində isə meydana Zvonimir Mikoliç, Racu Petru, Viktor Oliviera, Stefan Muqosa, Kristiano Da Silva, Corc Anton, Kiril Bayala, Yosip Brezoviç, Ziduy Badibanqa, Mateo Susiç və Vaeçslav Posmak çıxıblar.
Oyunu Belarusdan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Sergey Tsinkeviçdir. Baş hakimə həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edirlər. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirir.
Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozevdir.
25 iyul
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 0:0
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)
Dördüncü hakim: Viktor Şimusik (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu