31 İyul 2017 12:17
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub və arxadan gələn motosikletçi üçün qəza şəraiti yaradıb.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, motosikletin sürücüsü Əngin Ərkan Yıldırımdan dönmə işıqlarını yandırmadan hərəkət etməsinin səbəbini soruşub.

Bu sual klub prezidentini əsəbiləşdirib. O, sükan arxasından Ərkanı söyüb və avtomobilini onun üzərinə sürüb. Bu zaman arxadan hərəkət edən avtomobildə olan iki nəfər motosikletçinin üstünə hücum çəkib. Həmin avtomobildəki şəxslərin Yıldırımın mühafizəçiləri olduğu bildirilib.

Hadisə motosikletdəki müşahidə kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər