15 Avqust 2017 19:28
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini qəbul edəcək. Qarşılaşma yerli vaxtla 20.00-da Tofiq Bəhrəmov adına stadionda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

UEFA Çempionlar Liqası, Pley-off, ilk oyun

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Talyavento

Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

***

Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyunu üçün heyətlər açıqlanıb.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu

“Kopenhagen”: 25. Robin Olsen 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər