Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi, azərbaycanlı Aleksandr Səmədov dünən Rusiya premyer-liqası çərçivəsində “Lokomotiv”ə qarşı oyunda qırmızı vərəqə aldığı üçün azarkeşlərdən üzr istəyib.
Teleqraf.com xəbər verir ki, özünün “İnstagram” səhifəsində Səmədov üzxahlıq yazıb. O, qeyd edib ki, azarkeşlərin ümid və inamını doğrultmağa çalışacaq.
Aleksandr Səmədov daha öncə “Lokomotiv”in aparıcı oyunçusu olub. Sonuncu qarşılaşmada Səmədovun əvvəlki komandası 4:3 hesabı ilə qalib gəlib.