Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Rüstəm Orucov gümüş medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. İdmançımız yaponiyalı rəqibinə qızıl xalla məğlub olub.