İran kubokunun 1/16 final mərhələsi çərçivəsində Məşhədin Samin stadionunda bu şəhərin “Pədidə” komandası ilə Təbrizin “Traxtorsazi” klubu qarşılaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1:2 hesabı ilə meydan sahibini məğlub edən Azərbaycan komandası İran kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Oyunun ikinci hissəsinin birinci dəqiqələrində “Pədidə” oyunçusu Moin Abbasiyan hesabı açıb. Oyunun 87-ci dəqiqəsində isə Mehdi Şərifi hesabı bərabərləşdirib. “Traxtur”a qələbə qazandıran qol isə 90-cı dəqiqədə Məhəmməd İranpuriyan tərəfindən vurulub.