Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Almaniya idmançılarını 3:1 hesabı ilə məğlub edərək (19:25, 25:19, 25:18, 25:18 ) Avropa çempionatının dörddəbir finalına yüksəlib.
Teleqraf.com xəbər verir ki, Bakıda Milli Gimnastika arenasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda Azərbaycan-Almaniya görüşü keçirilib.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.