Bu gün daha 8 qarşılaşma ilə Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizə aparan yeganə komandamız “Qarabağ” da bu gün növbəti sınağa çıxacaq.
İtaliya nəhəngi “Roma” ilə qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcək.
67 mindən çox biletin satıldığı oyun saat 20:00-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.