“Mançester Yunayted”in baş məşqçisi Jose Mourinyo İngiltərə Premyer liqasının 8-ci turunda “Liverpul”la matçdan öncə keçirilən mətbuat konfransında jurnalistin sualına əsəbiləşib.
Teleqraf.com xarici mediaya istinadən yaydığı xəbərə görə, jurnalistin verdiyi “Sabahki matça müdafiəyə meyilli heyətlə çıxacaqsınız” sualına əsəbiləşən portuqaliyalı mütəxəssis belə cavab verib:
“Bir müdafiəçi və doqquz hücumçu ilə oynayacağıq. Heç kim narahat olmasın”.
Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu sabah, Bakı vaxtı ilə 15:30-da start götürəcək.