14:39 (15.11.17)
Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatının (DÇ) final mərhələsinin daha bir iştirakçısının adı məlum olub.
Teleqraf.com xəbər verir ki, rəqib meydanında İrlandiyanı 5:1 hesabı ilə məğlub edən Danimarka DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsinə vəsiqə qazanan yığmaların siyahısını təqdim edirik:
Almaniya, İngiltərə, Belçika, İspaniya, Portuqaliya, Fransa, Argentina, Braziliya, Xorvatiya, Danimarka, İsveç, İsveçrə, Kolumbiya, İran, Misir, Seneqal, Uruqvay, Cənubi Koreya, Yaponiya, İslandiya, Polşa, Kosta-Rika, Serbiya, Meksika, Mərakeş, Səudiyyə Ərəbistanı, Nigeriya, Panama, Tunis və təşkilatçı ölkə kimi Rusiya.
***
16:11 (15.11.17)
DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, qitələrarası pley-off mərhələsində Avstraliya və Honduras üz-üzə gəlib.
İlk görüşü qolsuz başa çata komandaların cavab matçında Avstraliya 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib. Bu, Rusiyada keçiriləcək dünya çempionatına qazanılan 31-ci vəsiqədir.
***
Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatının (DÇ) final mərhələsinə vəsiqə qazanan son iştirakçının adı məlum olub.
Məlumatlara görə, son vəsiqə uğrunda keçirilən qarşılaşmada Peru və Yeni Zellandiya kollektivləri üz-üzə gəlib. İlk görüşdə qolsuz heç-heçəyə razılaşan komandaların ikinci oyununda da tamaşaçılar gərgin mübarizənin şahidi olublar.
Qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən Peru yığması DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb.
DÇ-2018-ə vəsiqəni təmin edən 32 komanda:
Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı,Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis, Meksika, Kosta-Rika, Panama, Avstraliya, Peru