Vaxtilə ulduz futbolçulardan olan braziliyalı Robinho cinsi təcavüzdə ittiham olunaraq 9 il azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, ittihama görə, Robinho 2013-cü ildə Milandakı barların birində alban qıza qarşı təcavüz etmiş 6 nəfərdən biri olub.
"Atletiko Mineiro"da mütəxəssis kimi çalışan Robinh 2013-cü ildə "Milan"ın formasını geyinib.
Robinhoya qarşı təcavüz ittihamı 2009-cu ildə - "Mançester Siti"də oynayan zamanlar da irəli sürülüb. Amma o həmin dövrdə futbolçu həbsdən xilas ola bilmişdi.