Bu il Rusiyada keçiriləcək dünya çempionatında videotəkrardan istifadə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Futbol Assosiasiyalarının Beynəlxalq Şurasının kommersiya direktoru Filipp Le Flok məlumat verib. O bildirib ki, qurumun bugünkü iclasında bu qərar verilib.
Qeyd edək ki, videotəkrardan rəsmi olaraq ilk dəfə klublarlararası dünya çempionatının yarımfinalında keçirilən “Atletiko Nasional” – “Kaşima” oyununda istifadə edilib.