"Mançester Yunayted" çilili hücumçu Aleksis Sançesin transferini yekunlaşdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Əks marşrutla "Arsenal"a keçən Henrik Mxitaryan Aleksisin transferində müəyyən rol oynayıb. Belə ki, "topçular" erməni futbolçuya görə pul ödəməyib. MY maliyyə detallarını açıqlamasa da, bəzi mənbələr mankunianların Sançesə görə əlavə 20 milyon funt ödəyəcəyini vurğulayıb.
A.Sançes vaxtı ilə Corc Best, Erik Kantona, Devid Bekhem və Kriştianu Ronaldonun geydiyi yeddi nömrəli formayla çıxış edəcək.