"Amedspor" futbol klubu YPG terror təşkilatının təəssübkeşini çəkən futbolçu Dəniz Naki ilə yollarını ayırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Amedspor"un başqanı Nurullah Edemen bildirib.
N.Edemen qeyd edib ki, ali qurum tərəfindən verilən cəzaya uyğun olaraq klub 60 oyundan 41-nə tamaşaçı olmadan çıxıb. Adımızı dəyişdik, müxtəlif etiraz aksiyası keçirdik, amma nəticəsi olmadı. Dəniz Zəkiyə qarşı hücumlar və onun səsləndirdiyi fikirlər bizə xoş gəlmədi. Dəniz hazırda Almaniyadadır. Bu gün baş verənlər onun bir daha Türkiyəyə gələ bilməyəcəyini düşünməyə əsas verir. Klub olaraq biz də Dənizlə bağlı qərarımızı verəcəyik".
Qeyd edək ki, D.Naki dəfələrlə PKK və onun törəmələrinə qarşı dəstəyini ifadə edib və bu, Türkiyədə ciddi narazılığa səbəb olub.