Futzal üzrə Avropa çempionatının ¼ final mərhələsində Portuqaliya ilə qarşılaşan və məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva oyuna münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, komandanın müdafiədə kobud səhvlərə yol verdiklərini qeyd edib.
"Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində bunun qarşısını ala bilmədik. Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə oyunda çox güc sərf etməyimizin və yorğun olmağımız da təsir etsin. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar həqiqətən də yaxşı çıxış etdilər”, - deyə Joze Alesio da Silva əlavə edib. (Report)