19 Fevral 2018 01:43
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 qat dünya çempionu, “karatenin brilliantı” sayıaln Rafael Ağayev Dubayda keçirilən “Karate-1 Premyer Liqa” turnirində qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, karate ustası özünün İnstaqram səhifəsində qələbə xəbərini izləyiciləri ilə bölüşüb.

“Bu gün növbəti dəfə qızıl medal qazandım. Mənə dəstək olan ailəmə, dostlarıma və ən əsası Azərbaycan xalqına öz təşəkkürlərimi bildirirəm”, - deyə Rafael Ağayev qeyd edib.

Milli komandanın daha iki üzvü - Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medal əldə ediblər.

Xatırladaq ki, “Karate-1 Premyer Liqa” turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər