“Barselona”nın keçmiş baş məşqçisi Tito Vilanovanın ölümü bütün futbol dünyasını mütəssir edib.
Teleqraf.com xəbər verir ki, Vilanovanın rəhbərliyi altında vaxtilə “Barsa”da oynamış, xərcəng xəstəliyinə qalib gələn Erik Abidal da keçmiş məşçisinin ölümünə biganə qalmayıb. Abidal tvitter səhifəsində Vilanovanın ailəsinə başsağlığı verib:
“Biz hamımız bir yerdə yaşamışıq. Mən səni unutmayacam, dost. Mübarizəyə görə sağ ol. Dəstəyimi və sevgimi sənin ailəndən əsirgəməyəcəm”.
Abidal İspaniya kubokunu qazanarkən çəkilən şəkili də səhifəsinə yerləşdirib.