8 Avqust 2014 16:04
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı Həzrət Qonaqovun “Avrolimp Düşərgəsi” adlı fərdi layihəsinə start verilib.

Layihə rəhbərinin Teleqraf.com-a verdiyi məlumata görə, layihə Prezident yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub.

Məlumata görə, "Avrolimp Düşərgəsi"nin başlıca məqsədi dövlətimizin ev sahibliyi etdiyi ilk Avropa Olimpiya Oyunlarının gənclər arasında təbliğatıdır. Gənclərin "Avrolimp Düşərgəsi" layihəsində maarifləndirmə və təbliğat xarakterli seminarlar keçiriləcək. Seminarlarda nailiyyət qazanmış idmançılarımızın iştirakına da diqqət yetiriləcək. Əsas məqsəd onların da öz bacarıq və təcrübələrini, digər maarifləndirici məlumatları paylaşmaq və gənclərimizin inkişafına stimul verməkdir. Burada olimpiya oyunları ilə bağlı müxtəlif video-çarx və təqdimatlar izləniləcək.

Kampın bu aktivitələrində iştirakçı gənclərə həm idman tarixi, həm də sözügedən olimpiya oyunlarında ölkəmizə gələcək idmançılar və əcnəbi turistlərlə ünsiyyətin qurulması, bu oyunlar çərçivəsində baş tutacaq bir mədəniyyətlərarası dialoq platformasında gənclərin özünü düzgün təqdim etməsi üçün imkan yaradılacaqdır. Layihənin iştirakçıları xüsusi sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırılacaq.

14-29 yaş arası istənilən gənc layihədə iştirak edə bilər, gender məhdudiyyəti yoxdur. Layihə ümumilikdə 16 iyul - 16 sentyabr tarixlərini əhatə edir. Layihə 3 mərhələdən ibarət olacaq- layihənin hazırlıq dövrü, iştirakçıların seçimi, düşərgəyə hazırlıq və düşərgəni keçirilməsi.

Xatırladaq ki, 31 iyul – 30 avqust, 2014-cü il tarixində online ərizə forması ilə müraciətlər qəbul olunacaq. Düşərgə Quba rayoununda keçiriləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər