20:28
Bu gün Türkiyə kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, "Fənərbağça" öz meydanında əzəli rəqibi "Beşiktaş"ı qəbul edəcək.
İstanbul derbisi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Komandalar arasında keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. Bu oyun, həmçinin 3 qırmızı və 8 sarı vərəqəylə yadda qalıb.
Qeyd edək ki, ilk finalçı yarımfinalda sürprizə imza ataraq "Qalatasaray"ı mübarizədən kənarlaşdıran "Akhisar"dır.
***
Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb matçın 57-ci dəqiqəsində baş verən hadisələr olub.
Belə ki, azarkeşlər stadiona kənar əşyalar atıblar. Futbol fanatları xüsusən "Beşiktaş"ın ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Matçın hakimləri azarkeşlərin xoşagəlməz davranışları ilə əlaqədar matçı saxlayıblar və yarım saat sonra oyunun yarımçıq dayandırılması qərarını veriblər.
Qeyd edək ki, matç zamanı komandaların oyunçuları arasında da gərginlik yaranıb. "Beşiktaş"ın müdafiəçisi Pepe qarşılaşmanın birinci hissəsində kobud hərəkətinə görə, hakim tərəfindən qırmızı vərəqə alaraq meydançadan qovulub.
Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.