28 Aprel 2018 08:53
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç İsveç Futbol Federasiyasının açıqlamasına cavab olaraq bildirib ki, DÇ-2018-ə yollanacaq.

Teleqraf.com xəbər verir ki, İbrahimoviç təyyarəyə minərək Rusiyaya gedəcəyini deyib.

"Mən İsveç millisinin üzvü deyiləm. İsveç Futbol Federasiyası məni Dünya Çempionatına göndərməyə bilər, amma mən təyyarəyə minib ora gedəcəyəm. Mənsiz dünya çempionatı - dünya çempionatı olmayacaq" - deyə, o, bildirib.

İbrahimoviç özünü portağala bənzədib: "Portağal kimiyik. Suyumuz tam çıxana qədər bizi sıxırlar. Sonra başqa bir portağal alırlar. İnanın mənə, bu portağal hələ bitməyib".

Z.İbrahimoviç 2001 – 2016-ci illərdə İsveç millisinin heyətində 116 matçda 62 dəfə fərqlənib. O, AVRO-2016-dan sonra yığma karyerasını başa vurduğunu açıqlayıb və DÇ-2018-in seçmə mərhələsinin oyunlarında iştirak etməyib.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərinə keçiriləcək. İsveç millisi Almaniya, Meksika və Cənubi Koreya yığmaları ilə birgə F qrupunda yer alıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər