UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçünqlub 15 milyon avro məbləğində cərimə olunub.
Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə ödəniləcək.
Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.