DÇ-2018-in İngiltərə - Panama matçının (6:1) ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu ada ingilislərin hücumçusu Harri Keyn layiq görülüb. Keyn bu matçda üç qolun müəllifi olub.
Qeyd edək ki, Keyn bu qollar sayəsində (ümumilikdə yarışda vurulan 5 qol) DÇ-2018-in bombardirləri siyahısında liderliyə yüksəlib.