Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün üçüncü yoxlama matçına çıxıb.
Teleqraf.com-un məlumatına görə, komanda Bosniya və Herseqovinanın "Çelik” komandası ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Çelik" iyunun 30-da "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Neftçi" isə Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” komandalarına eyni hesabla qalib gəlib.
Yoxlama oyunu
2 iyul
18:00. "Neftçi" - "Çelik" 4:1
Qollar: Emin Mahmudov, 14. Rəhman Hacıyev, 18. 34 (penalti). Namiq Ələsgərov, 60.
"Neftçi" son yoxlama oyununu iyulun 5-də Rumıniya "Politexnika"sına qarşı keçirəcək.