Almaniya Futbol Federasiyası milli komanda ilə bağlı son qərarını verib.
Teleqraf.com xəbər verir ki, Rusiyada keçirilən dünya çempionatında uğursuz nəticəyə baxmayaraq Yoahim Löv öz postunda qalacaq.
Federasiyadan verilən açıqlamaya əsasən, Löv Yoahim öz postunda qalmaq və gələcək tapsırıqlar üçün komandanı hazırlamaq istəyini bildirib.
Qeyd edək ki, 2006-cı ildən Almaniya millisinə rəhbərlik edən Löv 2014-cü ildə Braziliyda keçirilən dünya çempionatını qazanıb. Lövün 2022-cü ilə qədər komanda ilə müqaviləsi var.