İrqçi hücumlardan sonra Almaniya millisində oynamaqdan imtina edən türk fotbolçu Məsut Özilə dəstək olmaq üçün bu gün Berlində "Mən Öziləm" aksiyası keçirilib.
Türkiyə və Almaniya bayraqlarının qaldırıldığı aksiyada Ərdoğan və Özilin lehinə şüarlar səsləndirilib.
Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı.