“Sevilya”nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını “Roma”da davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, futbolçu paytaxt təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Nzonzinin keçidi “Roma”ya 26,65 milyon avroya başa gəlib. Daha 4 milyon isə bonus şəklində ödəniləcək.
Qeyd edək ki, DÇ-2018-in qalibi yeni klubunda 42 nömrəli forma ilə çıxış edəcək.