PSJ-nin futbolçusu Neymar "Real"a keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, braziliyalı hücumçu Paris klubundan ayrılmayacağını deyib: "PSJ ilə müqaviləm var. Burada qalacam".
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona”dan 222 milyon avroya Fransa təmsilçisinə transfer olunub.