2 Sentyabr 2018 21:14
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiyə Bələdiyyə İdarəsinin “Şəhrdari” voleybol komandasının adının dəyişdiriləcəyi ilə bağlı xəbər yayılıb.

Bundan sonra Urmiyənin məşhur komandasının “Durna” adı ilə super liqa yarışlarına qatılacağı gözlənilir. “Gənc jurnalistlər klubu” agentliyi Urmiyə şəhərinin idman məsullarının “Şəhrdari”nin “Durna” adı ilə super liqa yarışlarında çıxış edəcəyini açıqladıqlarını bildirib. Agentlik komandanın ləğv edilməməsində bir millət vəkilinin xüsusi rolu olduğunu, onun cəhdləri nəticəsində bu komandanın qorunub saxlanıldığını qeyd edib.

Agentlik millət vəkilinin kimliyinin açıqlamasa da, onun Urmiyənin İran parlamentindəki millət vəklili Nadir Qazipur olduğu ehtimal edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər