Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 2-ci turun oyunları keçirilib.
Teleqraf.com-un məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız isə Belçika ilə qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.
Kişilər
İtaliya - Azərbaycan - 1:3
Daniele Vokatura - Şəhriyar Məmmədyarov - 0.5:0.5
Mikele Qodena - Teymur Rəcəbov - 0.5:0.5
Luka Moroni - Arkadi Naydiç - 0:1
Sabino Brunello - Rauf Məmmədov - 0:1
T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.
Qadınlar
Azərbaycan - Belçika - 3.5:0.5
Günay Məmmədzadə - An Qussen - 1:0
Zeynəb Məmmədyarova - Daria Vanduyfeys 0.5:0.5
Gülnar Məmmədova - Vibke Barbye - 1:0
Ülviyyə Fətəliyeva - Anneli Kuvelye - 1:0
G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayıb.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasına 3.5:0.5 qalib gəlib. Qadınlarda isə milli İordaniyanı məğlub edib – 4:0.