7 Oktyabr 2018 10:48
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanlı samboçu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov həbs edilib.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, polislər Rizvan Məmmədovu ABŞ-da UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən sonra zalda tamaşaçılar arasında baş verən dava nəticəsində saxlayıb.

Menecerlə yanaşı Həbib Nurməhəmmədovun komandasının daha bir üzvü tutulub.

Qeyd edək ki, qaydasız döyüşdən sonra tərəfdarlar arasında dava başlayıb. İrlandiyalı idmançının tərəfdarlarından biri zaldan Həbib Nurməhəmmədova söz atıb, samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eləcə də rinqdə dağıstanlı samboçunun mühafizəçilərindən biri ilə Konor Makqreqor arasında mübahisə yaşanıb, tərəflər bir-birinə hücum edib.


Müəllif: Leyla

Oxşar xəbərlər