UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Teleqraf.com-un məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib.
Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub. Qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk qələbəsini qazanmağa çalışıb.
Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçirilən oyun Bakı vaxtı ilə 22:45-də başlayıb.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan - 0:3 (İkinci hissə)
Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu