15 Oktyabr 2018 07:35
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində uğursuz çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib. Ayxan Mamayev (-84 kq) isə üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov (+84 kq) hakim səhvi üzündən məğlub olub.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand Winners" mükafatı təqdim olunub. Milli komandanın üzvlərindən daha uğurlu mövsüm keçirən Rafael Ağayev (-75 kq) bu mükafata layiq görülüb.

Qeyd edək ki, 16 oktyabr tarixində Bakıya dönəcək milli komanda ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər