İspaniyanın "Barselona" klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal 800 min avro məbləğində cərimələnib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ötən il Almaniyanın "Bavariya klubunda oynadğı zaman gecə klublarının birində dava salaraq müştərilərdən birinin başına içki şüşəsi ilə zərbə endirib. Məhkəmənin qərarı ilə Vidal qeyd olunan məbləği 80 gün ərzində ödəmək məcburiyyətindədir.