İtaliyanın "Milan" klubunun baş məşqçisi Cennaro Qattuzo yaxın vaxtlarda istefaya göndərilə bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, A seriyasına istədikləri kimi başlaya bilməyən "qırmızı-qaralar"ın rəhbərliyi Qattuzonun yerinə Roberto Donadonini klubun başına gətirmək istəyir.
Qeyd edək ki, İtaliya çempionatında "Milan" hazırda 12-ci yerdə qərarlaşıb.