8 Noyabr 23:29

Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb.

Azərbaycan Milli Karate Federasiyasından Teleqraf.com-a verilən xəbərə görə, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.


Müəllif: Teleqraf.com
Загрузка...