11 Noyabr 2018 23:43
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə dünya çempionatı başa çatıb.

Teleqraf.com xəbər verir ki, kumite üzrə kişi millimiz son gündə medal qazanmaq şansını əldən verib.

Beşqat dünya çempionumuz Rafael Ağayevin lideri olduğu komandamız karatenin vətəni olan Yaponiya millisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Görüş 2:2 başa çatsa da, şəxsi görüşlərdə 12:16 qeydə alındığından, bürünc medala yaponlar sahib çıxıblar.

İran millisi ardıcıl ikinci dəfə dünya çempionu olub. Qardaş Türkiyə yığması isə gümüş medalla kifayətlənib. Yaponiyadan başqa, İtaliya millisi növbəti bürünc medalın sahibi olub.

Qeyd edək ki, bu dünya çempionatında fərdi görüşlərdə millimizdən İrina Zaretskaya qızıl, para-karateçimiz Sahib Əhədov gümüş və Rafael Ağayev bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər