13 Noyabr 2018 23:15
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə daha 3 oyunluq cəza verib.

Teleqraf.com xəbər verir ki, buna onun Çempionlar Liqasının qrup mərhələsində "Şalke" ilə oyundan sonra keçirilən mətbuat konfransıda federasiya və hakimlərin əleyhinə səsləndirdiyi fikirlər səbəb olub.

Qeyd edək ki, F.Terim bundan əvvəl "Fənərbaxça" ilə matçda hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılmış və 65 min lirə cərimələnmişdi. O, cəzasının bir oyununu ölkə çempionatında "Kayserispor"la görüşdə çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər