Bu gün Türkiyə superkubokunun oyunu keçirilib.
Həlledici görüşdə son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib.
Manisada keçirilən oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Fənərbaxça"lı futbolçular superkuboka sahib çıxıblar - 3:2.
Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.
"Fənərbaxça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2)
Qol.az