24 Fevral 2019 00:55
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-15–də İranın Astara şəhərində karatenin VKF versiyası üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında keçirilmiş beynəlxalq turnirdə Sumqayıt idmançıları 7 qızıl, 1 gümüş və 1 bürünc olmaqla, ümumilikdə, 9 medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, fevralın 23-də Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində İran turnirində yüksək nailiyyətlər əldə etmiş bir qrup idmançı və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən İdarənin rəisi Elgün Hümbətov idmançıları və onların məşqçilərini əldə etdikləri yüksək nailiyyətlər münasibətilə təbrik edib, dövlətimiz tərəfindən digər sahələr kimi, bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə idman sahəsində yürütdüyü müdrik siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

E.Hümbətov, son vaxtlar idmanın müxtəlif növləri üzrə yığma komandalarının heyətində Sumqayıt idmançılarının da nailiyyətlər qazanmasından, şəhərdə yaradılan müasir idman infrastrukturundan bəhs edib.

Məşqçi-müəllimlər Sənan Məhərrəmov və Mehman Əlirzayev idmançılara göstərilən qayğıya görə ölkə və şəhər rəhbərliklərinə minnətdarlıqlarını ifadə ediblər, daha böyük nailiyyətlərin qazanılması üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər