18 Mart 2019 08:23
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" futbol klubunun futbolçusu Lionel Messi komandasının sabiq yarımmüdafiəçisi Xavinin klubun tərkibində qazanılan qələbələr üzrə rekordunu yeniləyib.

Tteleqraf.com-un məluumatına görə, bazar günü İspaniya çempionatının 28-ci turu çərçivəsində səfər matçında "Barselona" "Betis" üzərində 4:1 hesablı qələbə qazanıb. Lionel Messi bu oyunda üç qol vurub.

Beləliklə, Messinin hesabında 477, Xavinin isə 476 qələbəsi var. Bu göstəriciyə görə üçüncü Andres İnyestadır (459).

Bundan başqa, Messi komandada vurulan qollara görə İnyestaya çatıb (674). Lider isə Xavidir, onun hesabında 767 qol var.


Müəllif: Teleqraf.com