Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında mövsümün son derbisi keçirilib.
Teleqraf.com-un məlumatına görə, XXVIII tura təsadüf edə derbi əzəli rəqiblərin 389-cu görüşü olub.
Oyunun 44-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Hasan Ali Kaldırım qırmızı vərəqə alaraq oyundan qovulub. 66-cı dəqiqədə qonaqlar hesabı açıb: Onyekuru fərqlənib. "Fənərbağça" cavab qolunu 71-ci dəqiqədə vurub. Eljif Elmas adını tabloya yazdırıb. Matç 1:1 hesabı ilə başa çatıb.