Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib.
Bu barədəTeleqraf.com-a DTX-nin ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı şəhər trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idmanı üzrə dəfələrlə respublika çempionu Vüqar Salahov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun üzvləri iştirak ediblər.