3 May 2019 01:15
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisini yaxşılaşdırmağa çalışacaq. O, A seriyasının ən yaxşı bombardiri olmaq istəyir".

Qeyd edək ki, Ronaldo bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A seriyasında bombardirlər siyahısında ilk pillədə "Sampdoriya"nın hücumusu Fabio Kvalyarelladır (23 qol).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər