7 Sentyabr 2014 22:29
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç futbolda qeyri-adi sayıla biləcək nailiyyətə imza atıb.

Teleqraf.com Qol.Az-a istinadən xəbər verir ki, o, karyerası ərzində 90 dəqiqəlik matçların hər dəqiqəsində qol vuran ikinci futbolçu kimi tarixə düşüb.

Xarici KİV-lərin yazdığına görə, sentyabrın 4-də Estoniya ilə yoxlama oyununda 32 yaşlı futbolçu dubl edib. O, 24-cü dəqiqəqə vurduğu qol sayəsində sözügedən rekordu təkrarlayıb.

Qeyd edək ki, İbrahimoviç qollarının əksəriyyətini ikinci hissənin uzatma dəqiqələrində vurub. Təcrübəli hücumçu 90-cı dəqiqə bitdikdən sonra rəqib qapılarından 25 top keçirib.

Xatırladaq ki, bu ilin fevralın Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo da bütün dəqiqələrdə qol vuran ilk oyunçu kimi tarixə düşüb.


Müəllif:

Oxşar xəbərlər