8 İyun 2019 09:58
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz güclü rəqib gözləyirdik və ilk hissədə bunu təsdiqlədilər".

Bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis görüşün ikinci hissəsinin tamamilə fərqli olduğunu söyləyib. O, ikinci yarıda oyunu öz xeyirlərinə dəyişə biləcəklərinə inandıqlarını bildirib: "İlk hissədən sonra oyuna nəzarət etdik. Gənc futbolçuların çıxışından razıyam. Bu matçda digər oyunçularımızı da görmək istədik və onlara şans verdik".

P.Hapal iyunun 11-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu barədə də danışb: "Azərbaycanla qarşılaşma üçün dəqiq bir planımız var. Həmin oyuna köklənmək istəyirik. Bu, çox vacib qarşılaşma olacaq. Məqsədimiz ən yaxşısını əldə etməkdir".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər