16 İyun 2019 18:15
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının "Neftçi” klubu daha bir transferini rəsmiləşdirib.

Teleqraf.com xəbər verir ki, klub fransalı futbolçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlayıb. 28 yaşlı hücumçu komandanın heyətində 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.

Xatırladaq ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər