25 İyun 2019 13:00
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə makedoniyalı Vladimir Egorovla üz-üzə gələcək. Aleksandr Qostiyev (86 kq) isə moldovalı Denis Balaura qalib gəlib - 7:1. Onun növbəti rəqibi gürcüstanlı Sandro Aminaşvili olacaq.

Digər sərbəst güləşçilərə gəlincə, Hacımurad Hacıyev (74 kq) 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla görüşəcək.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın kamandan oxatma yarışında yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 almaniyalı Senta Rixterlə 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər