30 İyun 2019 18:31
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın atletika üzrə paralimpiya milli komandasının Tunisdə keçirilən beynəlxalq qran-pri yarışında uğurlu çıxışı davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün idmançılarımız Elvin Astanov, Yelena Çebanu, Elçin Muradov, Səid Cəfərzadə, Nurlan İbrahimov və Elşən Quliyev çıxış ediblər.

Nizə atışı yarışlarında Elvin Astanov 20.08 metrlik nəticə göstərərək 2-ci yerdə qərarlaşıb.

T12 kateqoriyasında uzunluğa tullanma üzrə qadınların yarışışında idmançımız Yelena Çebanu 5.21 metrlik nəticə göstərərək yarışların qızıl medalına layiq görülüb.

T11 kateqoriyası üzrə kişilər arasında uzunluğa tullanma yarışında Elçin Muradov 6.48 metrlik nəticə ilə birinci yeri özünə təmin edib.

Digər idmançımız Səid Nəcəfzadə isə T12 kateqoriyasındakı uzunluğa tullanma yarışlarında 6.80 metrlik nəticə göstərərək ikinci yeri qazanıb.

İdmançımız Nurlan İbrahimov T11 kateqoriyası üzrə sprint qaçışı yarışında 200 metr məsafəni 24.98 saniyə ərzində qət edərək ikinci yerdə qərarlaşıb.

Qadınlar arasında 200 metr məsafəyə qaçışda T12 kateqoriyası üzrə yarışan idmançımız Çebanu Yelena isə 24.99 saniyə nəticə göstərib və birinci yerə layiq görülüb.

1500 metr məsafədə qaçış yarışlarında T46 kateqoriyasında yarışan idmançımız Elşən Quliyev 5.47:24 dəqiqəlik nəticə göstərib. O yarışların 5-ci yeri ilə kifayətlənməli olub.

Beləliklə idmançılarımız yarışların ikinci günündə qazandıqları qızıl medalların sayını 6-ya çatdırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər