27 İyul 2019 21:09
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuventus” Cənubi Koreya çempionatının “ulduzları” ilə yodaşlıq oyununda üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Seulda keçirilənn görüşü 60 mindən çox azarkeş izləyib.

Turin klubunun hücumçusu Kriştiano Ronaldo sonadək meydana çıxmayıb.

Baxmayaraq ki, əvvəlcə oyunun təşkilatçıları portuqaliyalının ən azı 45 dəqiqə oynayacağını bildirib. Azarkeşlər buna etirazını bildirib. İkinci hissədə Ronaldonun şəkli tabloda görünəndə isə onu fitə basıblar.

Nəhayət, azarkeşlər Ronaldonun meydana çıxmayacağını başa düşəndə “Messi” şüarı səsləndiriblər.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər